Yaradıcı Cəmiyyəti qurmaq üçün indi nə edə bilərəm?
Yaradıcı Cəmiyyətin qurulmasında ilkin və ən vacib addım hər kəsə belə bir formatın olması və onun hər bir insana nə qədər böyük üstünlüklər verdiyi barədə məlumat çatdırmaqdır. Bu, bütün böhranlardan sülh yolu ilə çıxmaq, özümüz və uşaqlarımız üçün daha yaxşı bir dünya qurmaq üçün unikal şansımızdır.
Hər kəsin gözəl həyatı olması və cəmiyyətdə real dəyişikliklərin başlaması üçün 8 milyard insanın hamısının Yaradıcı Cəmiyyət layihəsi haqqında bilməsi və dəstəkləməsi lazımdır. Məlumatlandırma sayəsində elektoral sorğu yaradılır. O, nə qədər tez formalaşsa, biz Yaradıcı Cəmiyyətin qurulmasının ikinci — siyasi mərhələsinə bir o qədər tez keçə biləcəyik
Ona görə də insanlar Yaradıcı Cəmiyyət haqqında hər yerdə bilməli və danışılmalıdırlar.
Yaradıcı Cəmiyyətin qurulması bəşəriyyət üçün o qədər vacibdir ki, insanları fəal şəkildə məlumatlandıran hər bir könüllü artıq Yaradıcı Cəmiyyətin qurulmasının keçid mərhələsində Sülh mükafatına layiq görüləcəkdir.
Axı indi bütün bəşəriyyətin sağ qalması hər bir insanın aktiv fəaliyyətindən asıllıdır.
Yaradıcı Cəmiyyəti dəstəkləyən insanlar bütün dostlarına və yaxınlarına, həmkarlarına, qonşularına, tanımadığı insanlara Yaradıcı Cəmiyyət haqqında danışırlar. Yaradıcı Cəmiyyətdə həyatımızın necə olacağını müzakirə edirlər.
Söhbətə necə başlayacağınızı bilmirsiniz? Sadəcə “Yaradıcı Cəmiyyət haqqında eşitmisinizmi?” deyə soruşun. Tanıdığınız hər kəsə ONLARIN Yaradıcı Cəmiyyətdə əldə edəcəkləri faydalar barədə danışın.
İştirakçılar geyimlərinin, avtomobillərinin, şəxsi əşyalarının, öz istehsalı olan məhsulların üzərinə Yaradıcı Cəmiyyətin loqosunu əlavə edirlər. İştirakçılar öz ölkələrinin qanunvericiliyi çərçivəsində yaradıcı yanaşma nümayiş etdirməklə insanları məlumatlandırırlar.
Hər bir insan üçün xoşbəxt və layiqli həyat trendindən daha yaxşı moda nə ola bilər! Tezliklə bütün dünyada ən populyar olacaq trendi təyin edən siz olun!
Loqo ilə velosipedinizi bəzəyin, həyətinizdə yerləşdirin. Yaradıcı Cəmiyyətin loqosu hər yerdə olmalıdır! Dünyanın ən ucqar yerlərində belə tanınmalıdır!
İştirakçılar vizit kartları, broşürlər, qəzetlər paylayır, təşkilatçıların razılığı ilə kütləvi tədbirlərin stendlərində, kafelərdə, kitabxanalarda, istirahət mərkəzlərində, auditoriyalarda çap məhsulları yerləşdirirlər.
Yaradıcı Cəmiyyət haqqında məlumatı qəhvəxanalarda, həkim kabinetlərində, yerli ərzaq mağazasında, bərbərdə yerləşdirirlər. Hər yerdə, hətta təyyarənin qanadında belə yerləşdirmək olar!
İştirakçılar Yaradıcı Cəmiyyət haqqında məlumatları mediada: televiziyada, radio stansiyalarında, çap mediasında, yerli və ya qlobal blogger kanallarında yerləşdirirlər.
Onlar özləri tok-şoularda, podkastlarda, xəbərlərdə və müxtəlif digər proqramlarda iştirak edir və Yaradıcı Cəmiyyət və onun faydaları haqqında danışırlar.
“Qlobal Böhran” Beynəlxalq forum və konfranslarının materiallarını dərc etmək üçün təklif edirlər.
Yaradıcı Cəmiyyətdə hər bir insanın nə əldə edəcəyi haqqında danışın. İnsanlar bu məlumatı eşitmək istəyirlər!İnsanlar öz təşəbbüsləri ilə şəhərlərində bannerlərdə, metroda, ictimai nəqliyyatda, ticarət mərkəzlərində, mediada və s. reklam sifarişi verirlər.
İştirakçılar mahnılar, şeirlər yaradır, ssenarilər yazır və filmlər çəkirlər, öz şəhərlərində montaj və çəkiliş qruplarına qoşulurlar və s.
Layihənin rəsmi poçtuna yazaraq şəhərinizdə yaradıcı kontent yaradan könüllülərin komandasına qoşula bilərsiniz [email protected]
Biznes sahibləri öz vebsaytlarında Yaradıcı Cəmiyyət bannerini yerləşdirir və ya məhsullarına Yaradıcı Cəmiyyət loqosunu əlavə edirlər.
Bütün insanların qayğısına qaldığınızı göstərin!“Yaradıcı Cəmiyyət” layihəsi kommersiya xarakterli deyil, ona görə də layihəyə dəstək olmaq istəyirsinizsə, dünya mediasında reklam kampaniyasının təşkilinə kömək edə bilərsiniz. Reklam materialları ilə bağlı Yaradıcı Cəmiyyət layihəsinin PR departamentinin mütəxəssisləri ilə məsləhətləşə bilərsiniz, bunun üçün poçta yazın. [email protected]
Əgər siz reklam, marketinq, SMM, dizayn, kinematoqrafiya, proqramlaşdırma və ya sizin fikrinizcə, Yaradıcı Cəmiyyət haqqında məlumatın yayılmasına kömək edə biləcək hər hansı digər istiqamət üzrə mütəxəssissinizsə və könüllülük əsasında öz kompetensiylarınızla kömək etmək istəyirsinizsə, xahiş edirik poçt vasitəsilə bizimlə əlaqə saxlayın [email protected]
Xahiş edirik bizimlə əlaqə saxlayın: [email protected]