Logo Creative Society YARADICI
CƏMİYYƏT
Qoşulmaq
Everyone is in charge of the future of humanity

YARADICI CƏMİYYƏT

BEYNƏLXALQ LAYİHƏ

#CREATIVESOCIETY
“Yaradıcı cəmiyyət” — bu bütün insanlığın layihəsidir hansı ki, qısa bir zamanda dinc yol ilə sivilizasiyamızı təkamül inkişafının yeni mərhələsinə çıxarmağa imkan verir.
Bu layihənin əsas məqsədi
BÜTÜN DÜNYA MİQYASINDA İnsan Həyatının ən yüksək dəyər olduğu YARADICI CƏMİYYƏT QURMAQDIR

Layihənin vəzifələri:

  • Bütün planetdə sülh yolu ilə yaradıcı cəmiyyət qurmaq üçün şərait yaratmaq.
  • Bütün dünya üzrə insanların, yaradıcı formatda cəmiyyəti necə gördükləri və belə cəmiyyətdə yaşamaq istəyi barədə rəyini öyrənmək.
  • İnsan həyatının bütün sferalarında yaradıcı cəmiyyətin modeli və konsepsiyası barədə açıq şəkildə ümumi beynəlxalq müzakirə aparmaq üçün palforma təqdim etmək.
  • Bütün bəşəriyyəti birləşdirməyin yeni yollarını tapmaq və hər bir insanın sosial statusundan, inancından, milliyətindən asılı olmayaraq cəmiyyətin həyatında fəal iştirakı üçün şərait yaratmaq.
Daha ətraflı

Yaradıcı cəmiyyətin qurulması mərhələləri barədə “Yaradıcı cəmiyyətin təməlləri və qurulması mərhələləri” məqaləsində ətraflı öyrənə bilərsiz.

Oxumaq
QLOBAL BÖHRAN
XİLASIMIZ BİRLİYİMİZDƏDİR

forumunun rəsmi treyleri
12 noyabr 2022-ci ildə 15:00 GMT
Bu sənin həyatını yaxşılaşdıracaq.
Foruma qoşulun!
Bəşəriyyətin gələcəyi haqqında HESABAT GİZLİLİKDƏN ÇIXARILIB. NÜVƏ Apokalipsisi mümkündür
15 oktyabr 2022-ci il
İnsanların bəşəriyyətin nə qədər vaxtı qaldığını bilməyə haqqı var
Pope Francis
“Yaradıcı Cəmiyyət” Beynəlxalq layihəsi
Roma Papası Fransisk Həzrətlərinin apostol xeyir-duasını almışdır
“Yaradıcı Cəmiyyət” Beynəlxalq layihəsi
Bütün Ermənilərin Ali Patriarxı və Katolikosu II Karekin Həzrətlərinin apostol xeyir-duasını almışdır
“Yaradıcı Cəmiyyət” Beynəlxalq layihəsi
Almaniyanın ən qədim məscidinin İmamı Əmir Əzizin xeyir-duasını almışdır

Dünyanın hər yerindən insanların xahişi ilə biz dini liderlərdən Yaradıcı Cəmiyyəti dəstəkləyib-dəstəkləmədiklərini soruşduq.

Yaradıcı Cəmiyyətə ilk olaraq Roma Papası Fransisk Həzrətləri, sonra bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Karekin Həzrətləri və Almaniyanın ən qədim məscidinin imamı Əmir Əziz dəstək oldular.

Bu dini liderlər gördülər ki, Yaradıcı Cəmiyyət bütün peyğəmbərlərin dediyidir və ona görə də bütün bəşəriyyətin layihəsini dəstəklədilər.

Bəs başqaları hardadır?
YARADICI CƏMİYYƏT
YARADICI CƏMIYYƏTIN
8 TƏMƏLI
creativesociety.com
1. İnsanın Həyatı
İnsanın Həyatı ən ali dəyərdir. Hər bir İnsanın həyatını öz həyatın kimi qorumaq lazımdır. Cəmiyyətin hədəfi - hər bir İnsanın həyatının dəyərini qorumaq və buna zəmanət verməkdən ibarətdir. İnsan Həyatından daha dəyərli heç bir şey yoxdur və ola da bilməz. Əgər tək bir İnsan dəyərlidirsə demək ki, bütün İnsanlar da dəyərlidirlər!
2. İnsanın Azadlığı
Hər bir insan doğuluşundan İnsan olmaq haqqına malikdir. Bütün İnsanlar azad və bərabər doğulurlar. Hər birimizin seçim haqqı vardır. Yer üzündə İnsandan, onun Azadlığından və hüquqlarından daha üstün heç kim və heç nə ola bilməz. İnsanın hüquq və azadlıqlarının təmin edilməsi digər insanların hüquq və azadlıqlarını pozmamalıdır.
3. İnsanın Təhlükəsizliyi
Cəmiyyətdə heç kimin və heç nəyin İnsanın həyatına və azadlığına təhlükə yaratmaq haqqı yoxdur!
Hər bir İnsana yemək, mənzil, tibbi xidmət, təhsil və tam sosial xidmət də daxil olmaqla əsas həyati ehtiyacların pulsuz olaraq təmin edilməsinə zəmanət verilir.
Cəmiyyətin elmi, istehsal və texnoloji fəaliyyəti yalnız və yalnız insan həyatının keyfiyyətinin yaxşılaşdırılmasına yönəlməlidir.
Zəmanət verilmiş iqtisadi stabillik: inflyasiya və böhranların yoxluğu, bütün dünya üzrə stabil və bərabər qiymətlər, vahid pul vahidi, fiksə olunmuş minimal vergi və ya ümumiyyətlə verginin olmaması.
İnsanın və cəmiyyətin hər hansı təhlükələrdən qorunması ümumdünya fövqəladə hadisələrə qarşı mübarizə xidməti tərəfindən həyata keçirilir.
4. İnformasiyanın hər kəs üçün şəffaflığı və açıq olması
Hər bir İnsan, cəmiyyətə məxsus pul vasitələrinin hərəkəti və bölüşdürülməsi haqqında səhih məlumat əldə etmək hüququna sahibdir. Hər bir İnsan üçün, cəmiyyətin aldığı qərarların həyata keçirilməsinin hansı mərhələdə olduğuna dair məlumatlar açıqdır.
KİV yalnız və yalnız cəmiyyətə məxsusdur və məlumatları doğru, açıq və dürüst bir şəkildə əks etdirirlər.
5. Yaradıcı ideologiya
İdeologiya, insanların ən yaxşı xüsusiyyətlərinin populyarlaşdırılmasına və həmçinin İnsana qarşı duran hər şeyin qarşısının alınmasına yönəlmiş olmalıdır. Başlıca prioritet insanlıq, İnsanın ali mənəvi-əxlaqi dəyərlərə doğru can atma, humanizm, vicdanlılıq, qarşılıqlı hörmət və dostluğun möhkəmləndirilməsi prioritetidir.
Creating conditions for the development and education of a Human with a capital “H”, cultivating moral values in each person and society.
Zorakılığın təbliğinin qadağan edilməsi və istənilən formada parçlanmanın, aqressiyanın, qeyri-insanlığın təzahürünün pislənməsi.
6. Şəxsiyyətin İnkişafı
Yaradıcı cəmiyyətdə hər bir kəs hərtərəfli inkişaf etmək və özünü reallaşdırmaq hüququna malikdir.
Təhsil almaq pulsuz və hər kəs üçün eyni dərəcədə əlçatan olmalıdır. İnsanın öz yaradıcı qabiliyyətlərini və istedadlarını genişləndirməsi və həyata keçirməsi üçün lazımi şəraitin yaradılması.
7. Ədalət və bərabərlik
Bütün təbii sərvətlər İnsana məxsusdur və dürüst bir şəkildə bütün insanlar arasında bölüşdürülür. Sərvətlərin monopoliyasına və onların məsuliyyətsiz istifadəsinə yol verilmir. Bu sərvətlər Yer üzündəki bütün sakinlər arasında ədalətli olaraq bölüşdürülür.
Öz istəyi olduğu təqdirdə İnsanın iş ilə təminatına zəmanət verilir. Eyni vəzifə, ixtisas, sənət üçün verilən əmək haqqı dünyanın hər yerində eyni olmalıdır.
Hər kəs cəmiyyət tərəfindən fərdin kapitallaşması üçün qoyulmuş ölçüdən çox olmayaraq özəl mülkiyyət və gəlirlərə sahib olmaq hüququna sahibdir.
8. Cəmiyyətin özünüidarəsi
“Hakimiyyət” məfhumu Yaradıcı cəmiyyətdə mövcud deyil, çünki bir bütün olaraq cəmiyyətin inkişafının, həyat şəraitinin və ahəngdar ictimai quruluşun məsuliyyəti hər bir İnsanını üstünə düşür.
Hər bir İnsan Yaradıcı cəmiyyətin fəaliyyətinin idarə edilməsində və İnsan həyatını yaxşılaşdıracaq qanunların qəbul edilməsində iştirak etmək hüququna malikdir.
Cəmiyyət üçün əhəmiyyət kəsb edən və İnsan həyatının keyfiyyətinə təsir göstərən, sosial baxımından vacib, iqtisadi məsələlər haqqında qərarların qəbul edilməsi bütün xalqın müzakirəsinə və səs verməyə (referendum) çıxarılır.
Akual hadisələrdən xəbərdar olun
- 1 -
“Yaradıcı Cəmiyyət” youtub-kanalına abunə olmaq və “zəngi” klikləmək
- 2 -
Teleqram-kanala abunə ol və aktual hadisələrdən xəbərdar ol.