ELMİ İCTİMAİYYƏT

“Yaradıcı Cəmiyyət” layihəsinin 180 ölkədən könüllüləri tərəfindən alimlərin, tədqiqatçıların, ekspertlərin dəstəyi ilə təşkil edilmiş müstəqil platforma iqlim dəyişikliyinin insan fəaliyyəti ilə bağlı olmayan həqiqi səbəblərini müəyyən etmək, həlli yollarını axtarmaq, planetdə baş verən proseslər haqqında geniş ictimaiyyətə həqiqi informasiya vermək məqsədi ilə elmi potensialı birləşdirmək üçündür.
Climate problems

PROBLEMATİKA

XXI əsrin ən mühüm beynəlxalq problemi qlobal iqlim dəyişikliyidir ki, bu da son onilliklərdə təbii fəlakətlərin dinamikasının sürətli artımında özünü göstərir.
Antropogen amil planetin ekoloji vəziyyətinə təsir göstərir, lakin onun iqlimə təsiri cüzidir. Qlobal iqlim dəyişikliyinə müxtəlif kosmik və geoloji proseslərin təsirinin bütün amillərinin və miqyasının düzgün başa düşülməməsi qarşıdan gələn iqlim təhdidlərinin düzgün qiymətləndirilməməsi riskinə səbəb olur.
Yerdəki qlobal iqlim dəyişikliyi əsasən astronomik proseslərin və onların dövriliyinin nəticəsidir. Bu dövriyyə qaçılmazdır. Planetimizin geoloji tarixi göstərir ki, Yer dəfələrlə qlobal iqlim və geodinamika dəyişikliyinin oxşar fazalarını yaşayıb.
Climate problems

MƏQSƏD

Uyğunlaşma mexanizmlərinin axtarışı və milyardlarla insanın həyatını xilas etmək üçün iqlim və geodinamikada geri dönməz dəyişikliklərin qlobal təhlükəsinin qarşısının alınması məqsədi ilə dövri planetar kataklizmləri formalaşdıran təsirlərin və proseslərin müəyyən edilməsi.

VƏZİFƏLƏR

Astronomik dövrilik ilə şərtlənən qlobal kataklizmlər zamanı Yerin müxtəlif sferalarında baş verən proseslərin qanunauyğunluqlarının, əlaqələrinin, ardıcıllığının müəyyən edilməsi.
Əvvəlki dövrlərin iqlim dəyişikliyi markerlərinin aşkar edilməsi
Dövri iqlim kataklizmlərinin əvvəlki dövrlərində planetin keçdiyi şərtlərin müəyyən edilməsi
Əvvəlki dövri kataklizmlər haqqında alınan məlumatlar əsasında iqlim və geodinamikada gələcək dəyişikliklərin risklərinin qiymətləndirilməsi və proqnozlaşdırılması
Riskli zonalarda yerləşən əhalinin təbii fəlakətlər barədə vaxtında xəbərdar edilməsinin təşkili üçün şəraitin yaradılması
Qlobal fəlakətin qarşısını almaq üçün uyğunlaşma mexanizmlərin axtarılması

MARAQ SAHƏLƏRİ

İqlimşünaslıq
Atmosfer fizikası
Okeanologiya
Paleoklimotologiya
İqlim dəyişikliyinin ekosistemlərə, insan sağlamlığına təsiri
Kataklizmlərin proqnozlaşdırılması metodikası
Geofizika
Seysmologiya
Vulkanologiya
Geologiya
Hidrogeologiya
Qlyasiologiya
Geokriologiya
Speleologiya
Geokimya
Atmosfer kimyası
Maqnitostratiqrafiya
Dördüncü dövr çöküntülərinin statioqrafiyası
Paleontologiya
Yerin fizikası
Geodinamika
Tektonika
Geomexanika
Fizika
Elementar hissəciklərin fizikası
Günəş fizikası
Astrofizika
Neytrino astrofizikası
Kosmologiya
Planetologiya
Helioseysmologiya
Astroseysmologiya
Planetlərin klimatologiyası
Göy mexanikası və.s

TEZ-TEZ VERİLƏN SUALLAR

1
Niyə qoşulmalıyam?

İnsanların iqlimə təsir etdiyinə dair yayılmış yanlış fikir, Yerin bütün sferalarında baş verən dəyişikliklərin əsl səbəblərini öyrənən elm sahələrinin inkişafına mane olur. Odur ki, elmi potensialı birləşdirmək üçün bütün vicdanlı alimlərin, ekspertlərin və ictimai fəal insanların iştirakı, həll yollarının tapılması və qlobal təhlükənin qarşısının alınması üçün həyati əhəmiyyət kəsb edir. Bütün bəşəriyyətin sağ qalması üçün məsuliyyət hər bir fərdin üzərinə düşür.

2
Kim iştirak edə bilər?

Yuxarıda göstərilən mövzular üzrə müxtəlif profilli mütəxəssislər, alimlər, tədqiqatçılar, ixtisaslaşdırılmış universitetlərin tələbələri və ya məzunlar iştirak edə bilərlər. Geniş tədqiqat profili müxtəlif məsələləri ehtiva edir və hər bir insanın köməyinə ehtiyac var. İqlim dəyişikliyi və geodinamika planetdəki hər bir insana təsir edən problemdir, ona görə də bu təşəbbüs, profilindən asılı olmayaraq bütün insanlar tərəfindən həyata keçirilir.

3
İştirak ödənişlidir? Üzvlük haqqı varmı?

Layihə kommersiya xarakterli deyil və pul qazanmaq məqsədi daşımır. Bütün fəaliyyət tam şəkildə dünyanın hər yerindən olan ictimai fəal insanlar və mütəxəssislər tərəfindən öz təşəbbüsləri, öz səyləri və resursları ilə asudə vaxtlarında təşkil olunur və milyardlarla insanın həyatını xilas etməyə yönəlib. Heç bir üzvlük haqqı tələb olunmur.

Milyarlarla insanın sağ qalması üçün iqlim təhlükələrinin qarşısının alınması əsas prioritetdir. Ona görə də keçid mərhələsində və Yaradıcı Cəmiyyətdə elmdə bu prioritet sahələr bütün cəmiyyət tərəfindən qeyri-məhdud maliyyə və dəstək alacaqlar.

4
Məndən nə tələb olunacaq? Faydalı olmaq üçün nə edə bilərəm?

İştirakınızın istiqaməti və miqyası yalnız ümumi məqsədə çatmağa töhfə vermək istəyinizdən və bacarığınızdan asılıdır. Bu, iqlim dəyişikliyinin əsl səbəblərini işıqlandırmaqda kömək ola bilər: müsahibələrdə öz fikrinizi bildirmək, canlı yayımlarda və dəyirmi masalarda iştirak etmək, həmkarlarınız və digər mütəxəssislər arasında məlumat yaymaq. Və ya tədqiqat işində iştirak ola bilər: konsultativ yardım, təcrübə və materialların mübadiləsi, məlumatların, ədəbiyyatın təhlilində fəal iştirak, məqalələr yazmaq. Gələcəkdə platforma inkişaf etdikcə və elmi potensial birləşdirildikcə, onun vəzifələr profilinin genişləndirilməsi, texniki və mühəndis həllərinin axtarışı, daha dərin proseslərin və əlaqələrin öyrənilməsi gözlənilir. İstənilən təşəbbüsünüzə və iştirak forması ilə bağlı təklifinizə şad olarıq.

5
Tədqiqatın prioritet tədqiqat sahələrini kim müəyyənləşdirir?

Prioritet sahələrin seçilməsinin məsuliyyəti bütünlüklə ümumi məqsədə çatmağa töhfə vermək qərarına gələn hər bir tədqiqatçı, alim, mütəxəssisin üzərinə düşür. Hansı mövzuda elmi potensialınızı üzə çıxarmaq istədiyinizə ümumi məqsədi dərk edərək yalnız siz qərar verirsiniz.

6
Məndən nə qədər vaxt tələb olunur?

İştirak vaxtı tamamilə sizin layihəni dərindən araşdırmaq və ona diqqət yetirmək istəyinizdən və bacarığınızdan asılıdır. Heç bir vaxt məhdudiyyəti yoxdur. Bu, sizin başlatdığınız qısa müddətli ünsiyyət və ya sizin üçün əlverişli vaxtda komanda ilə daha müntəzəm qarşılıqlı əlaqə ola bilər.

7
Elmi ictimaiyyətin qarşısına məqsəd və elmi vəzifələri kim qoyub?

Məqsəd və vəzifələri iqlim və geodinamikanın dəyişməsi reallıqları, insan fəaliyyəti ilə bağlı olmayan təbii fəlakətlərin artması diktə edir. Yaradıcı Cəmiyyətin Təməllərinə görə, təhlükəsizliyin təmin edilməsi və bütün insanların həyatını xilas etmək üçün məsuliyyət hər bir insanın üzərinə düşür. İnsanın Həyatı ən yüksək dəyərdir.

İŞTİRAK ETMƏYƏ DƏVƏT EDİRİK
Sizin fəaliyyətinizin istiqamətindən asılı olmayaraq məlumatların təhlili və statistikası sahəsində maraqlı olan bütün alimləri, tədqiqatçıları və mütəxəssisləri dəvət edirik.

Elmi ictimaiyyətə qoşulun

İştirak etmək, sual vermək və ya məlumat paylaşmaq istəyirsinizsə, zəhmət olmasa, [email protected] elektron poçtuna və ya əks-əlaqə formasına yazın:
YARADICI CƏMİYYƏT
Bizimlə əlaqə qurmaq üçün:
[email protected]
İndi hər kəs həqiqətən də çox şey edə bilər!
Gələcək hər kəsin şəxsi seçimindən asılıdır!