11 may 2019-cu ildə “ALLATRA” Beynəlxalq ictimai hərəkatının platformasında “CƏMİYYƏT. SON ŞANS” beynəlxalq konfrans keçirilmişdir. Bu qlobal telekonfransda 140-dan çox ölkədən insanlar böyük zallarda yığışmış, İnternet üzərindən cəmiyyətin mühüm məsələlərini qaldırmışlar.
Xüsusi ilə dünyadakı istehlakçı qarşılıqlı münasibət formatı hazırkı gündə bütün insanların həyatı üçün təhlükə yaradır, birilərinin, davamlı şəkildə digər insanların yoxsullaşması nəticəsində varlanması, nəticədə bütün insanlığın özünü həlakına gətirib çıxarır. İnsanlar qərar aldılar ki, bunun qarşısını almaq üçün beynəlxalq formatda insanın kapitallaşmasına məhdudiyyət qoymaq lazımdır.
Kapitallaşma deyəndə insanın malik olduğu bütün aktivlərin cəmi başa düşülür: daşınmaz əmlaka qoyulmuş sərmaye, aksiyalar, bank hesabları və digərləri. Yəni insanlar birgə qərar verdilər ki, müəyyən yuxarı hədd təyin etsinlər, hansı ki, insannın kapitallaşması onun məbləğlə ifadəsindən daha yuxarı mümkün olmayacaq. Əgər məbləğ bu həddən yuxarı olacaqsa — bütün bunlar bütün cəmiyyətin ehtiyacı və inkişafına yönəldilir. Hazırda biz müxtəlif ölkələrdə, dünya ictimaiyyətinin bu yuxarı həddin nə qədər olması ilə bağlı rəyini öyrənmək üçün sosial sorğular keçiririk.