“Altı əlsıxma” nəzəriyyəsinə görə planetdəki bütün insanlar beş silsilə tanış vasitəsi ilə biri-biriləri ilə tanışdırlar. Bu nəzəriyyə sayəsində müxtəlif ölkələrin və qitələrin sakinləri “Yaradıcı cəmiyyət” layihəsinin ideyası ilə bölüşürlər və bu təşəbbüsü ardıcıl olaraq ötürürlər.
Biz qarşımıza — hər bir insanın necə bir dünyada yaşamaq istədiyini və xoşbəxt insanların cəmiyyətini necə təsəvvür etdiyini bütün insanlıqdan öyrənmək kimi bir məqsəd qoymuşuq. Bu gün müasir texnologiyalar sayəsində, çoxlu sayda insan, hətta evini belə tərk etmədən bu mövzunun müzakirəsinə qatıla bilər.